Xəbər verdiyimiz kimi, dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messi, həmçinin dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Azərbaycanda səfərdə olub.
Onların ölkəmizə gəlişi müzakirələrə yol açıb. Bir çoxlarını məşhur futbolçuların Bakıya gəliş səbəbi düşündürür. Digər tərəfdən isə dünya ulduzlarının Azərbaycanla bağlı paylaşım etməməsi birmənalı qarşılanmayıb.
BUTA.TV xəbər verir ki, idman jurnalisti Natiq Muxtarlı Globalinfo.az-a açıqlamasında Messi və digər məşhur futbolçuların Azərbaycana gəlməsinin futbola heç bir aidiyyəti olmadığını bildikrib.
Onun fikrincə, dünya ulduzlarının ölkəmizə gətirilməsi kimlərinsə piar kampaniyasıdır:
“Sosial şəbəkələrdə edilən paylaşımlara baxdıqda, bu şəxsin Adnan Əhmədzadə olduğu güman edilir.
Messi və dostları ilə şəkil çəkdirənlər sosial şəbəkələrdə məhz ona təşəkkür edirlər. Bəs bu səfər Azərbaycana nə verdi? Əminliklə demək olar ki, heç nə! Bəs nə apardı? Külli miqdarda vəsait. Bu məşhurlar Bakıya ödənişsiz gəlməyib. Messinin hər saatı yox, dəqiqəsi belə puldur. Messi hər paylaşımına görə milyonlar alır. O, Azərbaycanla bağlı paylaşım edəcəksə, bunu da pulla edəcək. Özü də böyük məbləğ qarşılığında. Etməyəcəksə, deməli, səfərlə bağlı razılaşmada bu bənd yoxdur”.
N.Muxtarlı deyib ki, Messini bir gün Azərbaycana gətirmək üçün ən az 2-3 milyon avro ödəməlisiniz:
“Üstəlik digər məşhurlar da onunla gəlib. Onların səfər xərcləri, qonaqlara veriləcək bahalı hədiyyələr və ödəniləcək sanballı məbləğ… Təsəvvür edirsiniz söhbət hansı rəqəmdən gedir? Azərbaycanın rayonlarında futbol infrastrukturu dağılmış vəziyyətdədir. Adnan Əhmədzadə isə Messi və dostlarına milyonlar verib, onları Azərbaycana gətirir ki, özünü reklam etsin. Vəssalam! Messinin səfərinin Azərbaycana gətirdiyi “xeyir” budur. Ölkənin daha 5-6 milyon valyutası kimlərəsə verildi. Bəs Adnanda bu qədər vəsait haradandır? Bu isə heç kimi maraqlandırmır”.
- İran mühafizəkarları Bakıya yenə dil uzatdı
- İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi - Foto
- Messi Azərbaycandan nə qədər pul aparıb? - Şok məbləğ
- Blinkenə cavab: Azərbaycanın daxili işlərinə müdaxilə...
- İran xalqının milyardlarını Əsədə niyə yedirtdiniz?
- SEPAH generalı və zabitlər ABŞ səfirliyinə sığındı – Təcili
- Heydər Əliyevin vəfatından 21 il ötür
- Məhkəmə Tufan Sadıqovun həbsindən imtina etdi