Suriyada İdlibdən başlayan hücumun 12 gün içində qələbə ilə nəticələnəcəyini və 53 illik Əsəd rejiminin belə asanlıqla yıxılacağını proqnozlaşdırmaq çətin olardı. Belə fikir formalaşmışdı ki, Əsəd illər öncə başlayan müharibədə Rusiya və İranın köməyi ilə hakimiyyətini qoruya bildiyindən gücünü bərpa edib. Ərəb dövlətləri və Türkiyə də bu reallığı qəbul edərək Əsədlə yenidən təmasların mümkünlüyünü bildirirdilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suriyada Bəşər Əsəd rejiminin devrilməsini şərh edərkən bildirib.
O xatırladıb ki, ötən ilin may ayında Əsəd 12 illik fasilədən sonra Ərəb Liqasının Səudiyyə Ərəbistanında keçirilən sammitinə dəvət olunmuşdu:
“Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da son aylarda Bəşər Əsədlə dialoq imkanlarından danışırdı. Əgər ərəb dövlətləri və Ərdoğan Əsədin bir il sonra yıxılacağını proqnozlaşdıra bilsəydilər, onunla yenidən dialoq qurmağa çalışardılarmı? Çətin.
Fikrimcə, “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının uğurlu hərbi əməliyyatına baxmayaraq, Əsəd rejiminin 12 gün içində yıxılmasının arxasında əvvəlcədən hesablanmış dərin analiz dayanır. Bu analizin içində Əsəd hakimiyyətinin gücü, hücum başlayacağı halda xalqın və ordunun özünü necə aparacağı, Rusiya, İran və Hizbullahın rejimə dəstək imkanları hesablanıb. Bu dərin analizin yalnız HTŞ-yə məxsus olduğu qənaətində deyiləm. Bundan sonra həmin dərin analizin müəllifi və ya müəllifləri Suriyanı maraqlarına uyğun şəkilləndirməyə çalışacaqlar”.
- Xameneinin Türkiyədə gözləntisi: ümid edir...
- Colaninin bu sözləri ilə İranı tamamilə “sildi”
- Bakı Təşəbbüs Qrupundan Papaya müraciət
- Bakı təklifdən imtina edir, çünki “ağası” yoxdur - Klaçkov
- Azərbaycan Xəzərdə ən vacib tərəfdaşımızdır
- Əliyevin Ərdoğana zəngi: Bakı prosesə qoşuldu
- Qəddafi “Sıra sizə də gələcək” deyəndə, Əsəd gülmüşdü - Video
- Əliyev Ərdoğanla Suriyadan danışdı: Buna hazırıq!