Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı gündəmə gələn məsələ daha ciddi şəkil alır.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, artıq aidiyyəti qurumlar həmin cərrahlarla və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüb.
Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan sertifikatların 30-50 min manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb.
Eyni zamanda, səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunması barədə qərar qəbul edilib.
O da bildirilib ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir.
Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.
Məlumat üçün bildirək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və sertifikatların verilməsində səhiyyə nazirinin müavini İlqar Qasımov və şöbə müdiri Səidə Rüstəmovanın adları çəkilir.
- Rusiya Ermənistanda hada iki “Rus Evi” açır
- Məsləhətdir ki, ABŞ Yaxın Şərqi tərk edin - Nikzad
- Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
- Bu, məsələlərdə güzəştə getməyə hazırıq - Zelenski
- Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?
- Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
- Süni intellekt dünya üçün təhlükədir - Türkdən xəbərdarlıq
- “Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir” - Video