Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycana gətirilən şprislər üçün gömrük güzəştlərinin müddəti daha 5 il uzadılıb. Belə ki, 2029-cu il dekabrın 31-nə qədər insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxalı gömrük rüsumundan azad edilir, həcmi 2 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxal üçün 0,02 ABŞ dolları (1 ədədi üçün), həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan üçün - 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digərləri üçün - 0,04 ABŞ dolları gömrük rüsumu nəzərdə tutulub.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab