Türkiyə, Rusiya və İranın Suriya münaqişəsiylə əlaqədar 2017-ci ildə təsis etdikləri Astana formatı tarixə qovuşdu. 3 ölkənin xarici işlər nazirinin Astana formatındakı son görüşü dekabrın 7-də Qətərin paytaxtı Dohada keçirildi.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, bu, mənasız toplantı idi, görüş keçirilərkən, Suriyanın silahlı qrupları paytaxt Dəməşqə yaxınlaşmışdılar və Bəşər Əsəd rejiminin yıxılacağı bəlliydi:
“Moskva və Tehranın Əsədi xilas edə bilməyəcəyi müəyyənləşmişdi. Vaxtilə Türkiyənin Suriyadakı haqlı maraqlarını nəzərə almayan Tehran və Moskva bu dəfə az qala Ankaraya yalvarırdılar ki, silahlı qrupların hücumunu dayandırın. Ancaq gec idi. Ankara diplomatik etiket naminə Moskva və Tehranın “Dohada görüşək” təklifinə “yox” demədi.
Astana formatı həm də ona görə tarixə qovuşur ki, 3 dövlətdən ikisi – Rusiya və İran Bəşər Əsədin yanında oldu, Türkiyədən fərqli olaraq, Suriyada islahatların aparılması zərurətinin əleyhinə çıxdı”.
Qeyd edək ki, 8 dekabrda “heyət Təhrir əş-Şam” qruplaşması Dəməşqi ələ keçirib vvə Əsəd rejimini devirib.
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
- Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!