Ən yaxşı vaxtlarda Zəngəzurda maksimum 40 min insan yaşayırdı, indi məncə, orada daha az adam var. Zəngəzurun geniş ərazisində demək olar ki, yaşayış yoxdur, istənilən radikal üçün açıq hədəfdir.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı politoloq Modest Kolerov Zəngəzur dəhlizi ilə bağlı danışarkən deyib.
Kolerov ermənilərin və Paşinyanın təhlükəni real dəyərləndirə bilmədiyini vurğulayıb:
“Paşinyan deyir ki, Ermənistan sovet sərhədlərini qorumalıdır, əks halda o, mövcudluğunu dayandıracaq. Bəs onda Dağlıq Qarabağa açıq şəkildə iddia edilən konstitusiyanı niyə dəyişdirmirsiniz? Hesab edirəm ki, Nikol Vovayeviç Ermənistan üçün təhlükəni adekvat qiymətləndirmir. Problem ondadır ki, konstitusiyanın bu maddəsi hərbi əməliyyatların davam etdirilməsinə imkan yaradır”.
Rus ekspert işarə edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiasının qalması Bakı və Ankaraya özünü müdafiə üçün “bufer-zona” yaratmağa hüquqi əsas verir.
“Suriya timsalında gördük ki, ərazini işğal etmək üçün hərbi əməliyyatlara başlamaq lazım deyil. Bunun üçün “bufer-zona” demək kifayətdir, indi maraqlı tərəf Zəngəzuru “bufer-zona” adlandırıb ora girə bilər. Mən bilirəm ki, maraqlı tərəfləri Zəngəzuru “bufer-zona”ya çevirməyə İran mane olur. Ümumiyyətlə, Zəngəzurun faktiki olaraq Azərbaycana birləşməsinin önünü alan İrandır. Amma İran Suriyada ağır məğlubiyyətə uğradı və artıq bəziləri İranın zəiflədiyini düşünə bilər”.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın