Bu il ərzində 12 875 yeraltı təkan qeydə alınıb ki, onlardan 5 519-u yerli, 4 246-ı regional, 3 110-u uzaq zəlzələlərdir.
BUTA.TV xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, bununla yanaşı, 1729 yeraltı partlayış qeydə alınıb:
"İl ərzində Azərbaycan ərzisində maqnitudası 3-dən böyük olan 55 zəlzələ qeydə alınıb. Hesabat gününə qədər Azərbaycan və ona bitişik ərazilərdə 15 hiss olunan zəlzələ qeydə alınıb. Bu il hesabat gününə qədər Azərbaycan ərazisində maqnitudası 5-dən böyük olan 3 zəlzələ baş verib. Bu zəlzələlərdən ən güclüsü Lənkəran rayonunda qeydə alınıb. Lənkəranda qeydə alınan zəlzələnin maqnitudası 5,3 olub".
Q.Yetirmişdi əlavə edib ki, bu il ərzində Talış zonası, Şamaxı-İsmayıllı, Şirvan ərazisi, Quba - Qusar zonası, Kiçik Qafqaz və Kür ovalığı, Balakən-Gürcüstan, Xəzərin cənub hissəsi yüksək seysmikliklə səciyyələnib:
"Gürcüstan, Gürcüstan-Ermənistan, İran ərazilərində seysmiklik yüksək müşahidə olunub".
- Aşıq Namiq: Erməni mahnısı oxumusan, toyda bığını qırxıblar
- Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
- Abonentlərin nəzərinə: Bəzi ərazilərdə qaz kəsiləcək!
- Bu telekanalın yayımı 24 saatlıq dayandırılır
- "Sea Breeze"də 500 min kvadrmetr yer alan biznesmen kimdir?
- Hərbi Hava Qüvvələrində yoxlamalar keçirildi
- Abşeronda qanunsuz tikinti işlərinin qarşısı alındı - Foto
- Xocavənddə torpaq əldə etmək istəyən sakinlərin nəzərinə...