Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin pilotu İqor Kşnyakin iki aya təqaüdə çıxacaqdı.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında onun dostu Nicat Baqiyev deyib.
O bildirib ki, hadisədən bir gün əvvəl danışıblar:
"Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük. Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi. İki aya təqaüdə çıxmalıydı, lakin bunu istəmirdi. Nəşinin nə vaxt gətiriləcəyi ilə bağlı məlumatımız yoxdur".
- Masazırda maşın yandı - Video
- Bakıda maşın kanalizasiya kollektoruna düşdü - Video
- Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
- Sabunçuda mənzildən kişi meyiti tapıldı
- Zaur Kamal qəza etdi
- Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu