Bu gün Rusiya Prezidenti Vladimir Putin Kremldə ölkəsinin mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovu qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə “CaucasianLive” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, onlar Qara dənizdə mazut sızması məsələsi ilə birgə Aktauda baş verən təyyarə qəzasını da müzakirə ediblər.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü