Bakıda sərnişin avtobusu aşdı - Video-Yenilənib
Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb.
“BUTA.TV” “News24”ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər.
Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir.
TƏBİB-dən bildirilib ki, saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (3 kişi, 2 qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 2 nəfərə (qadın) yerində tibbi yardım göstərilib.
Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?