Bakıda kanatla sərnişindaşıma olacaq - Video
Video
Bakıda kanat yolu ilə sərnişindaşıma olacaq.
“BUTA.TV” xəbər verir ki, Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamların ləğv edilməsi haqqında” Fərmanında dəyişiklik edib.
Sənədə əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də, layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.
Ekspert Anar Abbasov bildirib ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var, Bakıda planlaşdırılan kanat yolu isə bir sıra üstünlüklərə malik olacaq.
Mütəxəssisin sözlərinə görə, kanatın qiymətləri ictimai nəqliyyatın qiymətlərindən kəskin fərqlənməyəcək.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qurumun sərnişindaşımada kanat yolları ilə bağlı göstərəcəyi xidmətlərlə əlaqədar ətraflı yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - Foto