Baş nazirin müavini Bozumbayev Azərbaycan təyyarəsinin qəzasını araşdırmaq üçün Qazaxıstan komissiyasına heç bir təzyiq olmadığını dedi. Lakin, görünür, vəziyyət o qədər də sadə deyil. Bunu Azərbaycan rəhbərliyinin ritorikasından da görmək mümkündür.
BUTA.TV xəbər verir ki, bu sözləri qazaxıstanlı siyasi müşahidəçi Qaziz Abışev Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin qara qutularının Braziliyanın CENIPA şirkətinə verilməsi ilə bağlı məlumatı “Tenqrinyus”a şərh edərkən deyib.
O bildirib ki, Bakı ilə Moskva arasında tam qarşılıqlı anlaşma olsaydı, vəziyyət bu yerə gəlməzdi:
“Çox güman ki, Qazaxıstanı hər hansı güzəştə getməyə məcbur etmək üçün ona müvafiq siyasi təzyiqlər edilir. Xüsusilə, nəzərə alın ki, Rusiya qara qutuların MDB-nin Beynəlxalq Aviasiya Komitəsinə (İAC) verilməsi ideyasını fəal şəkildə irəli sürüb.
Belə bir vəziyyətdə Qazaxıstan rəhbərliyinin qəzaya uğramış təyyarənin “qara qutu”larının Braziliya Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) təhvil verilməsi qərarı təzyiqlərin neytrallaşdırılması və şifrənin qərəzsiz və ədalətli açılması, dünya ictimaiyyətində etimadın yüksəldilməsi baxımından olduqca prinsipial addımdır. Görünür, prezidentlər Əliyev və Putinlə danışmağa müvəffəq olan, Rusiya ilə Azərbaycan arasındakı hazırkı mübahisədə qərəzsiz vasitəçi kimi çıxış edən və obyektiv araşdırmanın məsuliyyətini üzərinə götürən Prezident Tokayev belə qənaətə gəlib ki, bu, ən optimal variantdır. Və Tokayevin bu addımı tərəflər və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya lideri Vladimir Putin 28 dekabrda Prezident İlham Əliyevə zəng edərək, hadisənin Rusiya səmasında baş verməsinə görə üzr istəyib. 29 dekabrda Putin yenidən İlham Əliyevə zəng edib və bu mövzunun müzakirəsini davam etdirib.
- İran yenə həddini aşdı - Videosüjet
- “Ağsaqqal” kimi tanınan Azər Baxşəliyev ölüm xəbəri yayıldı
- Tramp və Mask hədəfdə: milyarderin Putin və Si ilə əlaqəsi…
- Azərbaycanda qaz və işıq bahalaşdı - Rəsmi
- Moskvada Əsədi zəhərlədilər - KİV
- Türkiyə sürətlə güclənir: İrəvan əlaltıdır - Karapetyan
- İranda aqoniya: Əliyevə qarşı qeyri-etik davranış…
- General Polad Həşimovun doğum günüdür