2024-cü ilin sonu və Yeni ilin ilk günləri Amerika Birləşmiş Ştatları üçün pis başladı. Cəmi 3 gün ərzində 2 terror hadisəsi və Las-Veqas şəhərində yeni seçilmiş Prezident Donald Trampa məxsus “Tramp İnternational” otelinin qarşısında Tesla “Kibertrusk” (Cybertruck) markalı pikapın partlaması qeydə alınıb. Baş verənlər Ağ Evin gələcək sahibi üçün 2025-ci ilin ağır keçəcəyinin xəbərçisidir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bu hadisələrdə hazırda ABŞ-ın iki əsas fiqurunun – Donald Trampın və İlon Maskı göz önünə gətirib: birinin oteli hədəf götürülüb, digərinin icad etdiyi avtomobili müəmmalı şəkildə partlayıb:
“İlon Mask partlayışla bağlı X sosial şəbəkəsindəki hesabında “biz heç vaxt belə bir şey görməmişik” cümləsini yazıb. Görünür, Mask bununla ona işarə edib ki, ona və dəstəklədiyi prezidentə qarşı təxribat həyata keçirilib.
Tramp-Mask ittifaqı Amerikanın siyasi dairələrində çoxlarını narahat edir. İki mühafizəkarın ittifaqının ABŞ-ın daxili və xarici siyasətinə mənfi təsirləri barədə müxtəlif mülahizələr mövcuddur. Mövzu ilə bağlı “Nyu York Tayms” dərgisində maraqlı məqalə yayımlanıb. Məqalədə keçmiş amerikalı general Rassel Onorenin Maskı “Amerika üçün əsas təhlükə” adlandırması yer alıb. General Maskın ABŞ-ın əsas rəqibi Çinlə əlaqələrinə diqqət çəkib. Generalın fikrincə, Trampdan fərqli olaraq, Mask Çin Kommunist Partiyası və onun yürütdüyü siyasət barədə yüksək fikirdədir. Həqiqətən Maskın Çində yatırımları və zavodları mövcuddur. Məqalədə yazılıb ki, Mask Çin hökumətinin nəzarət etdiyi banklardan təxminən 1.4 milyard dollar kredit götürüb. Bu pula Çinin Şanxay şəhərində “Tesla” şirkətinə məxsus zavod tikilib. General Çinin müxtəlif ölkələrə və biznesmenlərə kreditləri havayı vermədiyini, bunun qarşılığında siyasi tələbləri olduğuna diqqəti çəkib.
Maraqlıdır ki, Donald Trampın özü Ağ Evdə oturan kimi Çinə qarşı gömrük tariflərini artıracağını planlaşdırıb. Belə olan halda Maskın Trampın bu qərarına dəstək verməsi çətindir. Çünki əks halda Maskın Çindəki yatırımları və zavodu təhlükə altında olacaq. Maskın Pekinlə yaxınlığı gələcək dövlət katibi Marko Rubionun da narahatlığına səbəb olub.
Başqa narahatlıq Maskın Pekinlə yanaşı Moskva ilə də sıx əlaqələrinin mövcud olmasıdır. “Voll Strit Jurnal” dərgisində yayımlanan məqalədə Maskın 2022-ci ilin sonundan Rusiya Prezidenti Vladimir Putinlə də təmasları olduğu bildirilib. Bu baxımdan bir qrup demokrat senator İlon Maskın müxtəlif ölkələrin hökumətləri ilə imzaladığı müqavilələri araşdırmağı tələb edib”.
- Qarabağ xanlığının şərq qapısından – Fotolar
- AZAL-ın təyyarəsinin yeni görüntüləri: daha bir yalan... - Foto
- Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı
- Rusiyada 2025-də nələr olacaq? – Real ssenari
- “Made in China 2025” işə düşdü - Qərb narahatdır
- Qroznıda qəza ilə bağlı araşdırmanın bu hissəsi məxfiləşdirilib
- AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı
- AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?