Novruz bayramı ərəfəsində Əfv sərəncamı imzalanması artıq illərdir ki, ənənə halını alıb və dövlətin humanist siyasətinin bir göstəricisi kimi qəbul olunur. Əfv sərəncamları əsasən müxtəlif kateqoriyadan olan məhkumların cəzasının azaldılması və ya azadlığa buraxılmasını nəzərdə tutur. Bu proses Əfv Komissiyası tərəfindən daxil olan müraciətlərə baxılması və müvafiq rəylərin hazırlanaraq Prezidentə təqdim olunması ilə həyata keçirilir. Nəticədə əfv ediləcək şəxslər barədə qərar ölkə başçısı tərəfindən verilir.
Bu sözləri BUTA.TV-a Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev İmişlidə yol-nəqliyyat hadisəsi zamanı xuliqanlıq etdiklərinə görə tutulan şəxslərə qarşı dövlətin humanistlik göstərə biləcəyi haqda xəbərləri şərh edərkən deyib.
O bildirib ki, əfv sərəncamı yalnız məhkum olunmuş şəxslərə şamil edilir:
“Həmin şəxslər barəsində hazırda cinayət təqibi aparılır və onlar məhkum statusu daşımır. Əfv sərəncamı qanuna əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra məhkum olunmuş şəxslərə tətbiq olunur. Bu şəxslər barəsində isə hazırda yalnız istintaq gedir və onların təqsirsizlik prezumpsiyası var. Bu baxımdan onların əfv olunması ilə bağlı müraciətlərə baxılması mümkün deyil”.
Əliməmməd Nuriyev vurğulayıb ki, Əfv Komissiyasının əsasnaməsinə görə yalnız məhkum olunmuş şəxslərin cəzasının yüngülləşdirilməsi, qalan hissəsindən azad olunması və ya məhkumluğun götürülməsi mümkündür. Hazırda istintaq mərhələsində olan şəxslər Əfv sərəncamına daxil edilə bilməz.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər