Çinin süni intellekt sahəsində irəli çıxmağa çalışması Vaşinqtonu ciddi narahat edib. Təsadüfi deyil ki, ABŞ Nümayəndələr Palatası Konqres üzvlərini və əməkdaşlarını Çinin “DeepSeek”lə bağlı risklər barədə xəbərdar edib və onu xidməti cihazlara yükləməyi qadağan edib. Nümayənədlər Palatası buna səbəb kimi kiber təhlükələrlə bağlı narahatlığını göstərib. Ancaq aydındır ki, əsl səbəb Çin şirkətinin yeni layihəsində ABŞ şirkətlərini qabaqlamasıdır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Konqresmenlərin fikrincə, Amerikaya zərər vurmaq istəyənlər cihazları yoluxdurmaq üçün “DeepSeek”dən istifadə edə bilərlər. Bu səbəbdən Konqres əməkdaşlarına “DeepSeek”i iş telefonlarına, kompüterlərinə və planşetlərinə yükləmək qadağan edilib. Bu ilk belə hadisə deyil. Bundan əvvəl “Microsoft Copilot”dan istifadə etmək qadağan edilib.
“DeepSeek”lə bağlı başqa bir problem də üzə çıxıb. “Blumberq” agentliyinin məlumatına görə, Maykasoft və “OpenAİ” texnoloji korporasiyaları təhqiqata başlayıblar. Məqsəd “DeepSeek” şirkətinin məlumatları ABŞ-ın texnoloji şirkətlərindən qanunsuz şəkildə əldə edib-etməməsini araşdırmaqdır. Şübhələr var ki, “DeepSeek” şirkəti ilə əlaqəli olanlar ABŞ-ın texnoloji şirkətlərindən məlumatları toplamağa çalışıblar.
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
Beləliklə, ABŞ-la Çin arasında gərgin rəqabətdə yeni mübarizə meydanı formalaşıb. ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən bir neçə gün sonra süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan etmişdi. Söhbət “Stargate” adlandırılan layihədən gedirdi. Bu layihəyə bir neşə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir” deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını vurğulamışdı. Ancaq Tramp bunu söylədikdən bir neçə gün sonra Çindən zərbə aldı, “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itirdilər. Çinli startapın Quql və “OpenAİ” kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başladı və son model ən çox yüklənən süni intellekt proqramına çevrildi. Ağ Ev bu prosesin qarşısını almağa çalışacaq. ABŞ Prezidentinin süni intellekt üzrə müşaviri Devid Saks “Foks Nyus” televiziya kanalına müsahibəsində “DeepSeek” şirkətinin kəşfinin oğurluq məhsulu olduğunu iddia edib. Saksın sözlərinə görə, Çin şirkəti ABŞ şirkətlətlərinin bilgilərindən istifadə edib. Saksın iddiaları təsdiqlənərsə, Vaşinqton Çinin texnoloji şirkətlərinə qarşı daha ciddi tədbirlər həyata keçirəcək”, - politoloq bildirib.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?