Tərtər rayonunun bir sıra kənd və yaşayış məntəqələrinin işğal olunması nəticəsində 1 127 ədəd əmlak üzrə 155 milyon manatdan artıq ziyan vurulub.
BUTA.TV xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində söyləyib.
T.Rəhimli qeyd edib ki, Tərtər rayonunun bir sıra kənd və yaşayış məntəqələrinin işğal olunması nəticəsində 899 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1 127 ədəd əmlak üzrə 155 milyon manatdan artıq maddi ziyan vurulub.
- Azərbaycana səfərindən sonra bu görüntüləri paylaşdı - Video
- 50 min dollara saat almaqdansa... - Emin Ağalarov
- Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
- Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
- Xameneinin dəfnində Azərbaycandan kimlər iştirak edəcək?
- Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
- Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-a xəbərdarlıq...
- Ruslan Abdullayev vəzifəsindən azad edildi - Foto