Ermənistanın yaxın gələcəkdə Avropa Birliyinə (AB) inteqrasiya istiqamətində hüquqi addımlar atması real görünmür. Bu proses əsasən siyasi bəyanatlardan ibarətdir, praktik nəticələri yoxdur. Gürcüstan təcrübəsi və mövcud geosiyasi vəziyyət İrəvan üçün sürətli inteqrasiyanın əlçatan olmadığını göstərir.
Bu fikirləri BUTA.TV-a açıqlamasında politoloq Hüseyn İbrahimov deyib.
Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Avropaya inteqrasiyaya dair açıqlamaları daha çox siyasi manevr xarakteri daşıyır və əsas məqsəd Fransanın və digər qlobal güclərin Ermənistana siyasi dəstəyini qazanmaqdır. Lakin bu yanaşma real nəticələrdən uzaqdır.
Politoloq qeyd edib ki, Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı atacağı istənilən ciddi addım Rusiyanın kəskin reaksiyası ilə qarşılaşacaq:
"AB-yə inteqrasiya istiqamətində real addımlar atılarsa, Rusiya Ermənistana qarşı iqtisadi təzyiqləri və hətta sanksiyaları gündəmə gətirə bilər. Bundan əlavə, ABŞ-ın AB ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Ermənistanın AB-yə üzv olmaq təşəbbüsləri Moskvanın daha sərt mövqe sərgiləməsinə səbəb ola bilər”.
Hüseyn İbrahimov hesab edir ki, Paşinyanın bu prosesdə konkret strategiyası yoxdur:
"Bu, yalnız taktiki gedişlərdir və əksinə, Ermənistanın gələcəkdə möhkəm bir strategiya qurmaq imkanlarını məhdudlaşdıra bilər”.
Bundan əlavə, politoloq vurğulayıb ki, ölkə nə iqtisadi, nə də sosial baxımdan Qərbə inteqrasiya tələblərinə cavab verən vəziyyətdədir.
- Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?
- ABŞ admiralı Azərbaycana təşəkkür etdi
- Ramiz Mehdiyev bunlardan məhrum ediləcək
- Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...