Xocalıda mina partlayışı o deməkdir ki, erməni separatçılar Azərbaycan Ordusunun antiterror əməliyyatı zamanı təcili bölgəni tərk edərkən çıxdıqları ərazilərdə minalar basdırıblar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Xocalıda mina partlaması nəticəsində Qarabağ müharibəsi veteranı Nağı İmanovun yaralanması və ayağının amputasiya edilməsi barədə bildirib.
O qeyd edib ki, Xocalı işğal dövründə təmas xəttində yerləşməyib, həmin ərazidən özləri də istifadə etdiyindən minaları Azərbaycan Ordusu ilə ayırıcı ərazilərdə basdırmışdılar:
“Digər tərəfdən 9 noyabr 2020-ci il bəyanatına görə, rusiyalı sülhməramlılar Xocalıda yerləşmişdilər. Rus hərbçilərin orada olduğu müddətdə Xocalıda mina partlayışı qeydə alınmamışdı. Deməli, minalar rus hərbçilər bölgəni tərk etdikdən sonra Xocalı ətrafında basdırılıb.
Ümumiyyətlə, separatçılar İkinci Qarabağ müharibəsindən sonra da Qarabağın müxtəlif istiqamətlərində minalar yerləşdiriblər. Rusiyalı hərbçilər minaların Ermənistandan Qarabağa daşınmasında separatçılara yardım ediblər. Bunun nəticəsidir ki, 2020-ci il müharibəsinin sonundan bu yana qurbanlarımızın sayı 383 nəfərə çatıb. ANAMA-nın işi çoxdur”.
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?