Bakı öz bəyanatları ilə Ermənistanda Konstitusiya islahatları prosesinə mane olur.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Avropaya inteqrasiya komissiyasının rəhbəri Arman Eqoyan Ermənistan-AB Parlament Tərəfdaşlıq Komitəsinin həmsədri Nil Uşakovla keçirdiyi brifinqdə bildirib.
O, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Bakının Ermənistandan “normallaşma prosesində əsas maneəni aradan qaldıra biləcək” konstitusiya dəyişiklikləri gözlədiyini, yəni Ermənistanın ərazi iddialarından rəsmən imtina etməsini nəzərdə tutan sözlərini belə şərh edib:
“Bakı bu sözlərin Ermənistanda hansı reaksiyaya səbəb olacağını çox gözəl başa düşür və buna görə də islahatların qarşısını almaq üçün belə bəyanatlar verirlər”.
O, həmçinin vurğulayıb ki, sülh müqaviləsinin 17 bəndindən 15-i artıq razılaşdırılıb, qalan ikisi isə Konstitusiya ilə bağlı deyil.
- Xankəndidə atəşfəşanlıq oldu
- "Qartal" hərbi paradda belə keçid etdi - Video
- Tokayev Azərbaycanı təbrik etdi
- Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video
- Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif
- Şahbaz Şərifin Azərbaycan səfəri başa çatdı
- Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
- Ərdoğanın Bakıya səfəri başa çatdı