Nəticəsi ürəkaçan olmasa belə, müharibə aparan, ölkəsi uğrunda döyüşən Zelenski Trampın cavabını verməli idi, əks təqdirdə, təkcə özünün yox, bütün Ukrayna xalqının mübarizəsinin üzərindən xətt çəkməli və diktə edilənlərlə razılaşmalı olacaqdı. Bəlkə də günün sonunda Ukrayna məğlub tərəf olacaq, ağrılı reallığı qəbul edəcək, amma mübarizə aparmaq seçimi varkən, Zelenski təslim olmadı və olmayacağını göstərdi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı ötən gün Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında yaşanan gərgin mübahisə və sazişin imzalanmasının ləğv edilməsi haqda bildirib.
“ABŞ artıq ilkin addımlara start verib: Dövlət Departamenti Ukraynanın enerji infrastrukturunun bərpasına dəstəyi dayandırıb, bu, Rusiyanın hava hücumlarının önünü açır;
Ağ Evdə “qapının aralı saxlanıldığı”na dair də məlumatlar gəlir. “Röyters” Ağ Ev rəsmisinə istinadən yazır ki, Trampın Ukrayna ilə faydalı qazıntılar sazişini imzalamaq imkanı hələ də qalır. Və danışıqlarda Ukraynanı başqa nümayəndənin təmsil etməsi məsələsi də irəli sürülüb. Bu mümkün variantlardandır, çünki Zelenski Ağ Evdə Ukraynanın mövqeyinin nəzərə alınmasını praktiki şəkildə nümayiş etdirdi, Vaşinqton sazişin imzalanması üçün müəyyən qədər də olsa, buna gedə bilər; danışıqlarda Ukrayna təmsilçisi fərqli şəxs ola bilər, bu, həm Zelenskiyə bu qədər mübahisədən sonra “geri çəkilmədiyini” göstərmək üçün lazımdır, həm də Trampa Zelenski qarşısında “güzəştə getdiyinin” ortaya çıxmaması üçün.
Tramp nəticə əldə etmək üçün təzyiqini davam etdirəcək, lakin Zelenskinin təslim olmaması Ukraynanın mövqeyinin müəyyən qədər də olsa, qəbul edilməsinə dair optimist gözləntiləri də önə çıxarır”, - o vurğulayıb.
- İrəvanın ümidi Ərdoğanın getməsidir - Solonnikov
- AB-nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!
- Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?
- Pezeşkian 4 vali, deputatlar, 110 iş adamı ilə Bakıya gəlir - Tarix açıqlandı
- Moskvada Əliyev-Putin-Paşinyan görüşü olmayacaq!
- Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- Bu mənzilləri satmaq mümkün olmayacaq - Seçim dəyişir
- Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir