Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu Yorkdakı qərargahında beynəlxalq təşkilatın Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədri Nahla Haidar ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüş zamanı B.Muradova Ermənistanın 30 illik hərbi təcavüzü nəticəsində əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlılar haqqında məlumat verib. O bildirib ki, birinci Qarabağ müharibəsi nəticəsində 4 844 Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 321-i qadın, 54-ü isə uşaqdır. Komitə sədri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və uzunmüddətli təcavüzü nəticəsində yüzlərlə qadın və uşaq girov götürülüb, qətlə yetirilib və işgəncələrə məruz qalıb.
N.Haidar məsələ ilə bağlı araşdırmalar aparılması üçün sənədləşmənin və konkret faktların təqdim edilməsinin vacibliyini vurğulayıb. O, itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində Azərbaycanla daha sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Görüşdə müxtəlif vacib mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında faydalı əməkdaşlıq imkanları müzakirə edilib.
- Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar
- Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı
- Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto
- Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı
- Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi
- Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi
- İlham Əliyev bu şəxsləri təltif etdi
- Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır