10 marşrutun hərəkət sxemi dəyişdirilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paytaxtın Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib:
“Məhdudiyyət səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir”.
Qeyd edilib ki, 3-5 iyul tarixlərində isə Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək.
“Bununla əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə təşkil ediləcək”, - deyə əlavə edilib.
- Polisinin şəhid övladlarını hərbi salamla qarşılaması...
- Rektorun nazirə zarafatla dediyi sözlərin mənası - Video
- Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
- Kişilərin gücü çatmadı, köməyə qadın gəldi... - Video
- AB Türkiyə ilə viza rejimini yumşaldacaq
- "Azərsun Holdinq" mediatur təşkil etdi
- Arzuma kəsilən cəza ağır və qeyri-mütənasibdir
- 12 il əri tərəfindən “əsir” saxlanılıb - Fransız qadının həyatı gündəm oldu