Tiflisdə baş vermiş ağır qətl hadisəsinin yeni təfərrüatları məlum olub.
BUTA.TV Unikal.az-a istinadla xəbər verir ki, bu il iyunun 26-da kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı 21 yaşlı qız Fatimə Kərimovadır.
Məlumata görə, xalası oğlu 21 yaşlı qızı iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.
Bildirilib ki, azərbaycanlı qız Tiflisə sevgilisi ilə birlikdə gəlib, lakin cütlüyün pulu bitdikdən sonra oğlan qızı küçədə qoyaraq özü Azərbaycana qayıdıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, Fatimə Kərimovaya ilkin olaraq Gürcüstan vətəndaşı sığınacaq verib, bir neçə gündən sonra isə qohumu xalası oğlu gələrək ona mənzil kirayələyəcəyini deyib. Lakin sonradan məlum olub ki, onun niyyəti kömək etmək deyil, qızı qətlə yetirmək olub.
Qətlə yetirilən qızın yaxınları sosial şəbəkədə yazırlar ki, 21 yaşlı qız yetim idi və geridə yalnız 19 yaşlı bacısı qalıb.
Qeyd edək ki, gənc qızın qətli barədə ilkin məlumatı sosial şəbəkədə "Sapari" təşkilatının rəhbəri Baia Pataraia yayıb.
- Nail Kəmərli Speys TV yeni veriliş aparacaq
- "Arzum 9999" məhkəmə zalında həbs olundu
- DSX-də ard-arda ölümlər - Nə baş verir?
- Göldən meyiti tapılan həkim şəhid qızı imiş - Foto
- Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!
- Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi - Fotolar
- Tiflisdə öldürülən Fatimə ilə bağlı – Yeni detallar
- Əsgəran–Xocalı–Xankəndi yolu ilə bağlı rəsmi açıqlama