Goranboy Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi Şaiq Qənbərli hakim qarşısına çıxarılacaq.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, Goranboy Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşıb və Şaiq Qənbərlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.
O, ədavəti olduğu Goranboy rayon sakininin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb, onu ifşa etmək üçün yaymaqda ittiham olunur.
İşə hakim Hafiz Əliyevin sədrliyi ilə 13 iyul 2026-cı il tarixində baxılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Ş.Qənbərli barəsində cinayət işi açılması barədə məlumat yayılmışdı. O isə media orqanları ilə əlaqə saxlayaraq, bu iddiaları qəti şəkildə təkzib etmişdi, xəbəri “yalan” və “böhtan” adlandırmışdı.
Cinayət işinin məhkəməyə göndərilməsi isə məlumatımızın səhihliyi ilə yanaşı, ittiham edilən şəxsin mətbuatı aldatmağa çalışması faktını üzə çıxarır.
- Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - MEDİA
- Sərhədimizini pоzduqlarına görə 21 nəfər saxlanıldı
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar