Elektrik və enerji paylama sistemləri sahəsində fəaliyyət göstərən topdansatış və mühəndislik şirkəti “Aktiv Enerji”də böyük miqdarda mənimsəmə faktı aşkarlanıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, şirkətdən daxil olmuş şikayət əsasında prokurorluqda cinayət işi başlanıb.
Araşdırma nəticəsində şirkətin maliyyə şöbəsinin direktor müavini Rüfət Şəmsiyev, şirkətin kassaya cavabdeh operatorları Asim Əliyev, Vüsal Ağayev və Suğra Quliyeva cinayət məsuliyyətinə cəlb olunub. Onlardan R.Şəmsiyev və Asim Əliyev həbs edilib.
İstintaqla müəyyənləşib ki, adları qeyd edilənlər avadanlıqların satışı nəticəsində əldə olunmuş 1 milyon manatdan artıq pulu şəxsi mənafeləri üçün mənimsəyiblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiya həddi 10 ildən 14 ilə qədər həbsdir.
Sail Ağasəlim
- Sərhədimizini pоzduqlarına görə 21 nəfər saxlanıldı
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar
- Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...