Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev düşərgədən kənarlaşdırılıb.
BUTA.TV xəbər verir ki, buna səbəb futbolçunun Haiti ilə hazırlıq görüşündə qırmızı vərəqə alması olub. Haiti seçməsi ilə oyun FIFA-nın təqvimi əsasında keçirildiyindən, bu matçda rəsmi qaydalar tətbiq olunub.
Xatırladaq ki, E.Cəfərquliyev Azərbaycan - Haiti matçının (0:3) 85-ci dəqiqəsində meydançadan qovulub. Müdafiəçi görüşün türk baş hakimi ilə mübahisəyə girərək, sarı vərəqə alıb. Buna görə, referini ironik alqışlayan Elvin dərhal ikinci "sarı" vərəqəni alıb və avtomatik olaraq qırmızı vərəqə ilə paltardəyişmə otağına göndərilib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu martın 25-də saat 21:45-də Belarusa qarşı keçirəcək.
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı