"Özü boşanmış bir insan ailələrə hansı tövsiyəni edə bilər? Ailəsini dağıdıb boşanan insan yalnız o məsləhəti verə bilər ki, "mən etdiyimi təkrarlayın".
Bu fikirləri BUTA.TV-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov həmkarı Hikmət Babaoğlunun "boşanmış biri mediator olmamalıdır" fikrinə münasibət bildirərkən deyib. Deputat əlavə edib ki, H.Babaoğlu məsələyə doğru yanaşıb:
"Bu işlə hər kəs məşğul olmalı deyil. Mediasiya Şurası önəmli bir qurumdur. Cəmiyyətimizdə boşanma halları sürətlə artır. Bu, həyəcanverici bir məsələdir. Məhz buna görə də boşanan insan heç bir normal təklif verə bilməz. Bir-iki istisna ola bilər. Biz bu barədə yaxşı düşünməliyik. Ailə dəyərlərinə önəm verən şəxs mediator olmalıdır".
Mediator Şaiq Mirzəyev isə məsələyə fərqli yanaşdığını deyib:
"Mediator boşanan tərəfin yaxını, dostu, tanışı ola bilər. Buna görə də emosiyadan kənar işə baxmalıdır. Bunu bacarmayacaqsa, işə baxmalı deyil. Əks təqdirdə, problem yoxdur. Ümumən boşanan qadın və ya kişinin mediator olmasında problem yoxdur. Bunun qanunda öz əksini tapmasını da düzgün hesab etmirəm. Əksinə, boşanan mediator öz təcrübəsindən daha düzgün istifadə edə bilər. Hər bir halda, proses emosiyadan kənar olmalıdır".
Məhərrəm Əliyev
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!