Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçilib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətçisi” partiyasının Nikolayev şəhər şurası üzrə fraksiya sədri olub.
Ramil Ağabəyov əslən Azərbaycanın Salyan rayonundandır. O, Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə təmsilçisi olan Zaur Ağabəyovun oğludur. Ramil Ağabəyov indiyədək Nikolayev şəhər şurasının deputatı kimi fəaliyyət göstərib. Eyni zamanda, partiyanın vilayət üzrə gənclər qolunun rəhbəri və Nikolayev rayonu hərbi administrasiyasının başçısıdır.
Yeni təyinat fraksiyanın geniş iclasında elan olunub. Tədbirdə Ukrayna Ali Radasının deputatları, yerli idarəetmə orqanlarının nümayəndələri və Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim də iştirak ediblər.
Qeyd edək ki, partiyanın şəhər fraksiyasına rəhbərlik edən Tatyana Dombrovska ailə vəziyyəti ilə əlaqədar istefa verdikdən sonra bu vəzifəyə seçkilər keçirilib və Ramil Ağabəyov yeni fraksiya sədri olub.
- Tanınmış iş xanımı dələduzluqda günahlandırılır - QALMAQAL
- Qurban Qurbanov xanımı və qızı ilə - FOTO
- Şad xəbər: Bu süni intellekt platforması...
- Mərkəzi Bankdan 10 manatlıq əskinaslarla bağlı açıqlama...
- Azərbaycanda internetin sürəti ilə bağlı yenilik
- Gəncədə ana 40 günlük körpəsindən imtina etdi
- İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı
- Bu şagirdlər imtahanı yeni formatda verəcəklər