Mən Azərbaycan prezidentindən Qarabağ ermənilərinin reinteqrasiya proqramında iştirak etməyə icazə istəyəndə qarabağlı ermənilərin əslində kim olduqları barədə heç bir anlayışım yox idi. İndiyədək heç vaxt ümumiləşdirməmişəm, amma əgər xalq öz elitasının dili ilə danışırsa, onda demək olar ki, qarabağlı ermənilər — bu, təbii fəlakətə bənzər bir bəladır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni bloger İşxan Verdyan deyib.
Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər bu ərazi üçün yad insanlar idi:
“Ermənistan və Azərbaycana qarşı bu qədər açıq-aşkar düşmən münasibət — bu, region üçün anlaşılmaz və fenomenal bir haldır. Qarabağ ermənilərində onlara aid edilən erməni mədəniyyətinin daşıyıcıları yoxdur. Bütün ermənilər Bakı və Gəncədə doğma idilər, lakin Qarabağda ermənilər bu ərazidə tamamilə yad və zərərli bir varlıq idilər, mədəni baxımdan bu torpaqlarla heç bir bağlılıqları yox idi”.
Verdyan ermənilərin Qarabağda qalması üçün səy göstərdiyinə indi çox peşman olub:
“Əgər bunu əvvəldən bilsəydim, heç vaxt belə ermənilərin Qarabağda qalmasını istəməzdim. Və o müraciətimi də yazmazdım. Yaxşı ki, Azərbaycan belə qeyri-sağlam bir hadisədən xilas oldu. Qalır bircə məsələ — Ermənistan onlarla nə edəcək?”
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər