Baş nazir Nikol Paşinyanın İrəvanda Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləməsindən sonra Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkə hakimiyyətini “ikili standartlarda” ittiham edib.
BUTA.TV xəbər verir ki, Köçəryan 2015-ci ildə bu gün hakimiyyətdə olan şəxslərin Rusiyanın İrəvandakı səfirliyi önündə Rusiya bayrağını yandırmağa cəhd etdiyini xatırladıb.
“Onlar Xarici İşlər Nazirliyinin indiki rəhbəri, baş nazirin keçmiş mətbuat katibi, baş nazirin indiki köməkçiləridir. Əgər ümumən bayraq yandırmaq qəbuledilməz addımdırsa, indiki hakimiyyətin Rusiya və Türkiyə ilə bağlı ikili standartları təəccüb doğurur”, - o bildirib.
Qeyd edək ki, 23 apreldə qondarma “erməni soyqırımı” ilə bağlı İrəvanın mərkəzində keçirilən “məşəl yürüşü” başlamazdan öncə meydanda Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
- Kipr sahillərində 297 sərnişinin olduğu gəmi batır
- Dəhşətli anlar: Təyyarəni qaçırıb AES-ə doğru sürdü
- ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı
- “Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”
- İrland bloger “SSRİ-nin hələ də olduğu” ölkəyə getdi
- Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
- Bu ölkə Avropa Birliyindən imtina etdi
- Putinin bütün hədəfləri uğursuz oldu - Stubb