İslamofobiya bir zəhərdir. Bu konfransda gənclərin iştirakını görməkdən böyük məmnunluq hissi duyuram. İslamofobiya strateji bir prosesdir. Uzun illər ərzində planlaşdırılmış şəkildə və müxtəlif üsullarla həyata keçirilir.
BUTA.TV xəbər verir ki, bu fikirləri Yunanıstan Müsəlmanlar Assosiasiyasının Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anna Stamou mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” adlı panel sessiyada çıxışı zamanı səsləndirib.
O bildirib ki, artıq islamofobiyaya qarşı konkret strategiyalar formalaşdırmalı və tədbirlər görməliyik. “Müsəlmanlara qarşı təhqir və ayrı-seçkilik məqsədilə kifayət qədər vəsait xərclənir. İslamofobiya ilə bağlı sadəcə təriflər vermək kifayət deyil. Bu, real və neqativ bir fenomendir və ona qarşı əməli tədbirlər görülməlidir”, - deyə Anna Stamou qeyd edib.
O əlavə edib ki, xüsusilə gənclərə yönəlik təqaüd proqramlarının həyata keçirilməsi və onların potensialına investisiya qoyulması vacibdir. “Müsəlman qadınlar yüksək bacarıqlara sahib olsalar da, cəmiyyətdə uğur qazanmaq onlar üçün çox zaman asan olmur”, – deyə o çıxışını tamamlayıb.
- Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı
- İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...
- Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
- Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
- Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı
- Rusiyadan imtina edib Azərbaycandan alacağıq - Matevosyan
- Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video
- Putin İradə Zeynalovaya rütbə verdi