Xankəndidə işğal zamanında saxta erməni tarixini təbliğ edən mağara kompleksi tikilib.
BUTA.TV xəbər verir ki, bu barədə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib.
O bildirib ki, işğal dövründə Xankəndinin ən hündür nöqtəsi – Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində nəhəng bir kompleks tikilib. İşğaldan əvvəl bura Yağlıtəpə adlanan yer olub. Burda heç bir tikili olmayıb, azərbaycanlıların otlaq sahəsi olub.
“Bu kompleks Xankəndinin ən yüksək nöqtəsindədir. Kənardan böyük modern tipli kompleks kimi görünən bu yer içəridən bir mağaradır. Kərkicahandakı bu süni mağarada erməni mifologiyasının dırnaqarası tanrıları təsvir olunub. Amma bu fiqurlar sadəcə mif deyil, siyasi mesaj daşıyan obrazlardır. Mağaradakı abidə, şəkillər estetik bəzək deyil. Qanadlı şir, qartal fiquru, daşlara həkk olunmuş silah-sursat, hərbi texnika, girişdəki kök atmış ağac təsviri və digər müxtəlif obrazlar təsvir edilib”.
6-7 il bundan əvvəl erməni KİV-də də separatçıların başçısı Bako Saakyanın həmin kompleksi ziyarət etməsinin xəbəri, görüntüləri də yayılmışdı.
“O zaman ermənilər bununla Xankəndinin, guya tarixi erməni torpaqları olduğunu göstərmək istəmişdilər. Beynəlxalq ictimai rəyi, həm də daxili ictimai şüuru çaşdırmaq üçün yalançı tarixi abidələr inşa edən ermənilər, xaç şəkilli kompleksdə görün nələr ediblər? Kərkicahanda ermənilər tarixi necə saxtalaşdırıblar?”
Bu kimi saxta, yalançı tarix, real olmayan faktlara əsaslandırmaq cəhdidir. Bütün bunlar isə bir daha göstərir ki, ermənilər həmişə saxta tarix yazmaq üçün çalışıb və bununla beynəlxalq dəstək qazanmaq istəyiblər. Belə saxta tarixlər gerçəyi dəyişmir.
- Coşua Hak Azərbaycana gəldi
- Bizim İsrailə xüsusi rəğbətimiz var - General
- Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab
- Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…
- Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?
- Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan
- Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat
- Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…