Ermənistan İstintaq Komitəsi respublikanın Milli Arxivindən materialların guya Azərbaycana ötürülməsi faktı ilə bağlı dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı “Pastinfo” nəşri İstintaq Komitəsinə istinadla yayıb.
Hüquq-mühafizə orqanları ötürülən materialların məzmunu və aid olduğu dövr barədə hələlik açıqlama verməyib. Bununla belə, İstintaq Komitəsi bildirib ki, hazırda istintaq çərçivəsində Milli Arxivin heç bir əməkdaşı saxlanılmayıb.
Mənbələrin məlumatına əsasən, cinayət işi üzrə ittiham olunan bir nəfər var və ehtimal edilir ki, bu şəxs Milli Arxivin keçmiş əməkdaşıdır.
Hazırda cinayət işinin detalları ictimaiyyətə açıqlanmır.
Qeyd edək ki, daha əvvəl mediada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arxiv işçilərindən ibarət bir qrupu gizli materialları guya Bakıya ötürməkdə şübhəli bilərək, saxladığı barədə xəbərlər yayılmışdı.
- Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi
- Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq
- Rusiyada azərbaycanlı iş adamı və diaspor rəhbəri saxlanıldı
- Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq
- Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota
- "Sputnik Azərbaycan"da saxlanılanların məhkəmələri keçiriləcək
- XİN məlumat yaydı
- AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia