Regionlarda, xüsusilə dağlıq ərazilərdə kommunal xərclərin azalması yaxşı təşəbbüsdür. Hətta Gürcüstanın dağ kəndlərində qaz və elektrik enerjisinə müəyyən güzəştlər var. Bu yanaşma bizdə də olarsa, nəinki regionlarda, ölkədə də bir çox problemlərin həllinə kömək ola bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli regionlarda kommunal xərclərin azaldılması təklifini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, iqtisadi baxımdan da sərfəlidir:
“Regionlarda, xüsusilə dağlıq ərazilərdə kommunal xərclərin azalması, ümumiyyətlə diferensial yanaşmanın olması Bakı ilə regionlar arasında çox doğru yanaşmadır. Regionlardan Bakıya köçün də qarşısını bu yolla almaq olar. Həmçinin, bu addım təkcə əhalinin yox, biznesdə də qiymətlərin daha ucuzlaşmasına gətirib çıxarar”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı sərhədyanı ərazilərdə elektrik və qaz tariflərinin 3 dəfə azaldılmasını təklif edib.
- "Birbank"ın inklüziv bankçılıq imkanları: İşarət dili ilə xidmət...
- Tanınmış həkimə böhtan atan qadınlar cəzalandırıldı
- 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
- THY-yə biletlər DigiTravel-lə ABB mobile tətbiqində!
- Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
- MEDİA müsabiqənin nəticələrini açıqladı
- AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
- "İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı