İran uzun onilliklər ərzində bölgədəki silahlı qrupları, o cümlədən Hizbullah, HƏMAS və digərlərini ona görə silahlandırdı və maliyyələşdirdi ki, təhlükə İranın sərhədlərinə yaxınlaşmasın.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrailin İrana hava zərbələri ilə bağlı deyib.
“Tehranın məntiqinə görə, bu qruplar İran rejiminin əsas düşmənləri olan İsrailə və ABŞ-ın bölgədəki ərəb müttəfiqlərinə problemlər yaratmalıydılar ki, Vaşinqtonun və Təl-Əvivin başı bu qruplarla mübarizəyə qarışsın. Bu siyasət bir müddət İrandakı rejimi təhlükələrdən qorudu. Ancaq İsrail HƏMAS və Hizbullahı zəiflətdikdən və bu iki qruplaşmanı başsız qolduqdan sonra təhlükə İrana yaxınlaşdı. Bu sıraya Suriyada Bəşər Əsəd rejiminin devrilməsini və İran əleyhdarı olan güclərin Dəməşqdə hakimiyyəti gəlməsini əlavə etmək lazımdır.
Beləliklə, təhlükə İranın sərhədinə çatdı və İsrail bu ölkəyə qarşı müharibəyə başladı”, - politoloq bildirib.
E.Şahinoğlunun fikrincə, Təl-Əvivin iki məqsədi var:
“Birinci məqsəd İranın nüvə potensialını ortadan qaldırmaq və bu ölkəni uranı zənginləşdirmək potensialından birdəfəlik məhrum etməkdir; ikinci məqsəd İranı daxildən parçalamaqdır.
İran rejimi böyük itkilərə rəğmən, müqavimət gücünü artırmağa çalışacaq. Ona görə də İsrailin hər iki hədəfinə çatıb-çatmayacağını hadisələrin sonrakı gedişatı göstərəcək. İranın durumunu ağırlaşdıran məqam ətrafında dost və tərəfdaş dövlətlərin sayını artırmaması, bununla yanlış strategiyaya üstünlük verməsidir. Rejim bölgədə tərəfdaşlarının sayını artırmaq əvəzinə müxtəlif silahlı qruplara hər il on milyardlarla dollar xərcləməyə, qonşu dövlətlərin daxili işlərinə qarışmağa, “Zəngəzur dəhlizinə imkan verməyəcəyik” kimi yersiz açıqlamalara üstünlük verdi”.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.
- İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım
- Azərbaycanda Milli Qurtuluş Günüdür
- Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
- Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...
- Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto
- İlham Əliyev Britaniya Kralını təbrik etdi
- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov
- Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi