Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagirinin həlak olması ilə bağlı başsağlığı verib.
Bu barədə BUTA.TV-a Müadfiə Nazirliyindən məlumat verilib.
Başsağlığı mesajında bildirilib:
"İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagirinin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bagiri xoş xatirələrlə yadda qalacaq. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm".
- Azərbaycanda hansı avtomobiilər ucuzlaşıb?
- Azərbaycana qar yağdı
- Xarkovda ölən Fatimə diplomunu götürməyə gedibmiş...
- Nazir polkovnik-leytenantı ehtiyata buraxdı - Foto
- Prezident həmkarı ilə general-qubernatoru təbrik etdi - Yenilənib
- Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
- Bəzi qatarların hərəkət qrafiki dəyişdi
- Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi