İranın buraxdığı raketlərin 25%-i hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməyib. Tehran ötən gecədən bəri İsrailə qarşı bir neçə mərhələdə təxminən 200 ballistik raket atıb. Raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
BUTA.TV xəbər verir ki, bunu “Tayms of İsrail” hərbçilərə istinadən yazıb.
Ordunun məlumatına görə, təxminən 25% - 50-dən az raket “protokola uyğun olaraq” qarşılanmayıb və bu da onların açıq ərazilərə düşməsinə səbəb olub. Bununla belə, bu hücumlar kritik infrastruktura ziyan vurmayıb.
İsrail Müdafiə Ordusunun məlumatına əsasən, az sayda raket hava hücumundan müdafiə sistemini keçərək Təl-Əviv, Ramat-Qan və Riçon-le-Sionun mərkəzi hissələrindəki yaşayış məhəllələrinə düşüb, nəticədə tələfat və dağıntılar qeydə alınıb.
Son məlumata görə, raket hücumları nəticəsində 3 israilli həyatını itirib, təxminən 70 nəfər isə yaralanıb.
Hərbi rəhbərlik bildirir ki, bütün hərbi bazalar, o cümlədən hava bazaları normal rejimdə fəaliyyətini davam etdirir və onların iş qabiliyyətinə zərər dəyməyib.
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO
- Ermənilər də Yutubdan pul qazana biləcək
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu