Bu gün səhər saatlarından Ərdəbil şəhərinin 1-ci Sənaye Şəhərciyində güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumatda yanğının köpük istehsal edən müəssisədə olduğu diqqətə çatdırılıb.
Bəzi Teleqram kanalları isə yanğına İsrailin zərbələrinin səbəb olma ehtimalı ilə bağlı versiya irəli sürüb və qısa müddətdə bu versiya sosial şəbəkələrdə genişləndirilib. O səviyyədə ki, hətta Azərbaycan mediası da bunu İsrailin Ərdəbilə zərbəsi kimi təqdim edib.
Bu xəbərin məhz bu gün tirajlanması diqqətdən yayınmamalıdır.
Məlum olduğu kimi, ötən gün Azərbaycanın İsrail hakimiyyətindən azərbaycanlıların kompakt yaşadığı ərazilərdə məxsusən mülki obyektlərə zərbə endirməmək çağırışı etdiyi haqda məlumat yayılıb. Bu, Azərbaycan Respublikasının İsrail-İran savaşından necə narahat olmasının, güneyli soydaşlarının taleyini düşünməsinin və imkanı çatdıqca, mülki itkilərin qarşısını almaq üçün əlaqələrindən istifadə etməsinin sübutudur. Həmçinin bu ictimai şəkildə açıqlanmayan çağırış güneylilərdə Azərbaycan Respublikası ətrafında yanlış təbliğata qarşı bir immunitet yaranmasına dəstəkdir.
Bu xəbərin yayılmasından sonra bu gün azərbaycanlıların şəhərinə, həm də Ərdəbilə və mülki obyektə zərbə endirilməsi barədə məlumat təsadüfi ola bilməzdi və manipulyativ xarakter daşıma ehtimalı daha çox idi.
Videolardan da görünürdü ki, hər hansı təyyarə, yaxud raket uçuşu, zərbə, partlayış səsi yoxdur, üstəlik, yanan ərazidə raket zərbəsinin yaratdığı güclü dağıntı da görünmür.
Yerli mənbələrdən əldə etdiyimiz məlumat da informasiya manipulyasiyasını təsdiqlədi. Yerli sakinlər bildirdilər ki, yanğın köpük istehsal edən müəssisədə qaynaq işləri zamanı baş verib.
Hazırda yanğının yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının çağırışından sonra İsrail ordusunun rəsmən vurduğunu elan etdiyi hədəflərin siyahısında Azərbaycan ostanlarındakı nəinki mülki, heç hərbi obyektlər də yoxdur.
- "Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?
- Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?
- Solovyovun iddialarına Bakıdan sərt cavab
- Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...
- İlham Əliyev sabah Türkiyəyə gedəcək
- İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?
- Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...