Azərbaycanla Türkiyənin müqavimət gücünü artırması artıq bir seçim deyil, zərurətə çevrilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə həm qlobal, həm də regional səviyyədə artan risk və təhdidlər dövlətlərdən daha yüksək müqavimət və koordinasiya tələb edir:
“Qlobal və regional səviyyədə risk və təhdidlərin miqyası və təsiri günü-gündən artır. Belə bir şəraitdə strateji mövqedə yerləşən ölkələrimizin hərtərəfli güclü olması, müqavimət qabiliyyətini artırması sadəcə seçim deyil – zərurətdir”.
Nazir qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər tarixi köklərə söykənir və hər iki ölkə ən çətin dövrlərdə bir-birinə dayaq olub:
“Azərbaycan-Türkiyə münasibətləri çox köklü, güclü, çoxölçülü və dərindir. Tarix boyu ölkələrimiz sevinci də, kədəri də birlikdə yaşayıb, çətin anlarda bir-birinə dayaq olub, hər şəraitdə yan-yana durub”.
Yaşar Gülər əlavə edib ki, bu birliyin gücü 2020-ci ildəki Vətən müharibəsi zamanı bir daha öz təsdiqini tapıb:
“Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, şanlı Azərbaycan bayrağı artıq bütün Qarabağda dalğalanır”.
Nazir Azərbaycanın qazandığı qələbənin yalnız bu ölkənin deyil, bütövlükdə türk dünyasının iftixarı olduğunu da xüsusi vurğulayıb.
- Gəncədə növbəti dəhşət: Avtomobil təmiri sexində meyiti tapılan Ümidin fotosu
- İranın yanında kim dayanıb? – Real mənzərə şok edir
- İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov
- Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər
- Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü
- "Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?
- Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?