Qəhrəmanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisi olan “Bir millət, iki dövlət” kəlamının həyata keçirilməsinin daha bir nümunəsidir. Bu gün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk.
BUTA.TV xəbər verir ki, bu sözləri iyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevin simasında Azərbaycanın on milyon sakinini səmimiyyətlə salamladı.
Prezident xatırladıb ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələnlərdən biri də Azərbaycan olub.
“Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm”, - deyən Prezident Ərdoğan Qəhrəmanmaraşın “Azərbaycan” məhəlləsini təbii fəlakət bölgəsinin bərpasının qürur mənbəyi adlandırıb.
Türkiyə lideri, həmçinin Qəhrəmanmaraşda yeni yaşayış kompleksi layihəsinin həyata keçirilməsinə görə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) və Türkiyənin Mənzil İnşaatı Dövlət İdarəsinə (TOKİ) təşəkkür edib.
- İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video
- Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…
- İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?
- Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi
- Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi
- "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilir
- Bizim üçün Qarabağ nədirsə, Azərbaycan üçün Qəhrəmanmaraş odur
- Zaxarova Azərbaycana təşəkkür etdi