İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan vaxtilə “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu təsdiqləyib.
BUTA.TV xəbər verir ki, o, prokurorun suallarını cavablandırarkən Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib.
O, fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini söyləyib.
B.Saakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsi Ermənistana, bir hissəsi isə qondarma rejimə sərf edilib. O, fondun gördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaiti hesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlar İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yollarıdır.
Prokurorun sualını cavablandıran B.Saakyan Ermənistandan verilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirildiyini də təsdiqləyib.
Fondun vəsaitlərinin bir hissəsi isə Azərbaycanın vaxtilə işğalda altında olmuş ərazilərində qanunsuz məskunlaşmaya sərf edilib.
Xatırladaq ki, “Hayastan” ümumerməni fondu 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb .
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- İlham Əliyev gərginlik keçirən generallara deyir ki...
- Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...
- Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev
- Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?
- Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan
- DTX-nin saxladığı başçının köməkçisi danışdı
- Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır
 
                