Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan Qax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.
BUTA.TV xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədriliyi ilə keçirilən prosesdə istintaq orqanının vəsatətinə baxılıb.
Məhkəmənin qərarına əsasən, M.Şəkiliyev haqqında 4 ay müddətinə həbs qətimkan təbdiri seçilib.
Xatırladaq ki, iyunun 20-də DTX Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və M.Şəkiliyevi saxlayıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
- Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
- Bəzi qatarların hərəkət qrafiki dəyişdi
- Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
- Qadınların pensiya yaşı artırıldı
- Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
- Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – Təsdiqləndi
- Məzun xalatı və papağı hadisə yerində qalıb... - Video
- Bakı kəndlərini niyə qurbağalar basıb? - Video