Bu müharibə hərb tarixində “12 günlük müharibə” kimi qalacaq. Hər müharibədə olduğu kimi, bunun da həm mənfi, həm də müsbət tərəfləri var. Münaqişə zamanı tərəflər bir-birinə yüzlərlə raket atdı, hava hücumları həyata keçirdi, müxtəlif hərbi əməliyyatlar apardı. Lakin nəticə olaraq nə İsrail, nə də İran uğur qazandı. Buna baxmayaraq, xeyli sayda dağıntılar oldu, günahsız insanlar həyatını itirdi.
Bu fikirləri BUTA.TV-a hərbi ekspert Üzeyir Cəfərov İran və İsrail arasında baş verən 12 günlük qarşıdurmanı şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, hərbi texnologiya baxımından İsrailin İrana nisbətən üstünlüyü var idi və qısa müddətdə üstünlük qazanmalı idi. Lakin İran da İsrailin dünyada məşhur olan Dəmir Qübbə hava hücumundan müdafiə sistemini müəyyən mənada yarıb keçməyi bacardı:
“İran Azərbaycanın 44 günlük Vətən müharibəsində istifadə etdiyi bir taktikadan faydalandı. Həmin müharibədə Dövlət Sərhəd Xidməti tərəfindən istifadədən çıxarılmış An-2 təyyarələri kütləvi şəkildə düşmən mövqelərinə yönləndirildi. Bu, Ermənistanın hava hücumundan müdafiə sistemlərinin yerini müəyyənləşdirmək və onları sıradan çıxarmaq üçün istifadə olunmuşdu. İran da bu üsula bənzər taktika ilə İsrailin Dəmir Qübbəsini aldada bildi”.
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
Ekspert əlavə edib ki, bu müharibədə İranın ən böyük uğursuzluqlarından biri də SEPAH-ın 20-yə yaxın yüksək rütbəli hərbçisinin, o cümlədən Baş Qərargah rəisi Məhəmməd Bagirinin öldürülməsi oldu:
“Əgər bir ölkədə müharibəni idarə edən prezident, müdafiə naziri və Baş Qərargah rəisi kimi strateji fiqurlar sıradan çıxarılırsa, bu, ciddi boşluqların olduğundan xəbər verir. Hərb elmi belə boşluqları qəbul etmir”.
Cəfərov hesab edir ki, İsrail hərbi-texnoloji baxımdan İrandan üstün olsa da, gözlənilən nəticəyə nail ola bilmədi:
“İsrail yalnız ABŞ-ın dəstəyi ilə bu müharibəni 12 gün davam etdirmək gücündə oldu. Dağıntılar və insan itkiləri çox böyük olduğundan, tərəflər sonda atəşkəsə getməyə məcbur oldular. Sonrakı proses isə tərəflərin bundan sonrakı davranışlarından asılı olacaq”.
Qeyd edək ki, 13 iyunda İsrailin İrana zərbələri ilə başlayan qarşıdurma bu gün atəşkəslə başa çatıb.
- Azərbaycana minnətdarıq - Sikorski
- Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham
- İran çox şey itirdi, amma simasını... - Mixaylov
- Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu
- İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...
- İran da, İsrail də “qazandığını” deyir: Bəs, uduzan kim?
- Trampın siyasətdə acizliyi üzə çıxdı - Mixaylov
- İran 44 günlük savaşdakı taktikadan istifadə etdi