İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub.
Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən müdafiə naziri onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Təltif olunan zabitlər göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını əminliklə ifadə ediblər.
- Qadınların pensiya yaşı artırıldı
- Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
- Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – Təsdiqləndi
- Məzun xalatı və papağı hadisə yerində qalıb... - Video
- Bakı kəndlərini niyə qurbağalar basıb? - Video
- Bakıda tarixi UFC gecəsi - 72 ölkədən azarkeş və tam dolu arena
- Qarşısında baş əyməyi müzakirə yaratdı - Video
- Elə leysan yağır ki, oyun başlaya bilmir - Video