Ermənistanın hərbi təcavüzü nəticəsində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasına səbəb olan cinayətlər törədilib, bu faktlarla bağlı yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə faktaraşdırıcı missiyalar da həyata keçirilib.
BUTA.TV xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniyanın Berlin şəhərində keçirilmiş İnformasiya Komissarlarının XVl Beynəlxalq Konfransında (ICIC XVI) deyib.
S.Əliyeva “Rəqəmsal dövrdə ətraf mühitlə bağlı informasiyaya çıxış” mövzusunda keçirilən bu beynəlxalq konfransda “İnformasiya komissarlarının yeni çağırışlar və müsbət təcrübələrinin mübadiləsi” adlı interaktiv panel sessiyada çıxışı zamanı Müvəkkil informasiya əldə etmək hüququnun müdafiəsi və təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib.
Ombudsman Ermənistan tərəfindən ərazilərimizdə törədilən cinayətlər, o cümlədən ekosid, urbasid, kulturasid, mina terroru, eləcə də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyi barədə məlumatların əldə olunmaması ilə bağlı müvafiq beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edildiyini bildirib, lakin mövcud ikili standartlar səbəbindən Ermənistana münasibətdə hər hansı bir ciddi tədbirlərin görülmədiyini qeyd edib.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Səfər zamanı Səbinə Əliyeva, həmçinin konfransda iştirak edən xarici ölkələrin ombudsmanları, milli insan hüquqları institutlarının rəhbərləri və informasiya komissarları ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi barədə müzakirələr aparıb.
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO
- Ermənilər də Yutubdan pul qazana biləcək
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu