Rəhbərlik etdiyim təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə tələb edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən hadisəylə bağlı Nyus24.az-a açıqlamasında deyib.
İlham Rəhimov bildirib ki, hadisədən xəbər tutan kimi Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflı məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.
Professor İlham Rəhimov baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq- mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirib. O, hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nüfuzundan istifadə edəcəyini də qeyd edib.
Professor İlham Rəhimov eyni zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə xidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə edib.
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat