Yekaterinburq hadisəsi ilə bağlı Rusiyada yaşayan və ya geri qayıdan soydaşlarımdan iki gün içərisində fərqli fikirlər də eşitdim, şərhlər oxudum. Bu fikirlərin ortaq mahiyyəti budur ki, Rusiyada yaşayan və çalışan azərbaycanlılar yerli qanunları pozmurlarsa, problemlə üzləşmirlər. Əlbəttə, azərbaycanlıların tamamının Rusiyada sıxışdırıldığını söyləməkdən uzağam, işində, gücündə olan soydaşlarım arasında heç zaman polis zorakılığı ilə üzləşməyənlərin varlığını istisna etmirəm. Ancaq Yekaterinburqda baş verən kütləvi polis cinayəti Rusiyada yaşayan azərbaycanlıların tamamı üçün həyəcan siqnalına çevrilməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Yekaterinburqda OMON-un evlərə hücum edərək, iki azərbaycanlını qətlə yetirməsi, onlarla soydaşımızı vəhşicəsinə döyməsi olayı haqda qeyd edib.
“Rusiyanın böyük şəhərində onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar. Ötən il Rusiya polisi Sankt-Peterburda azərbaycanlıların toy məclisinə hücum etmiş, qonaqları yerə uzandırmışdı. Toya qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdikcə kütləvi hal alır. Bu səbəbdən Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyəti yoxdur. Rusiyadakı diasporumuz güclü olduğu halda azərbaycanlıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür. Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər”, - o bildirib.
- 17 maddəlik sülh sazişinin əsas elementi budur…
- Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
- Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar
- Nazirlik araşdırmaya başladı: şok faktlar - VİDEO
- Müharibədən sonra ölkəmizə gələn ukraynalıların sayı...
- Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu
- “Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmağa cəsarət etməz” - Tofiq Zülfüqarov
- 15 yaşlı oğlanın qətli: 10 manata görə...