İyunun 27-də zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlının ötən gün – iyunun 29-da məhkəmə prosesi keçirildi və saxlanılan azərbaycanlılar cinayətkar dəstənin üzvləriymiş kimi məhkəmə qarşısına çıxarıldı.
Prosesin dövlətlərarası məsələ həddinə yüksəlməsinə, Azərbaycan ictimaiyyətində böyük narahatlığa səbəb olmasına baxmayaraq, iclasın qapalı keçirilməsi, jurnalistlərin çıxarılması soydaşlarımızla bağlı “hansı planı cızırlar” sualı ilə beynimizi məşğul edirdi. Ancaq sosial şəbəkələrdə üz-gözü göyərmiş, haldan düşmüş Ayaz Səfərovun məhkəmədən yayılmış videosu paralelində daha bir ciddi sualı ortaya qoydu. Videoda Ayaz Səfərov ona verilən “Yıxılmısan?” sualına “bəli” cavabını verir.
Görüntüləri nəzərdən keçiririk: döyülməkdən, işgəncədən göyərən gözləri, şişmiş gözaltı qapaqları, üzünün hər iki tərəfində isə şişkinliklə yanaşı bir qədər yanıq təəssüratını da yaradan zorakılıq izləri. Özünün ümumi yaratdığı təəssürata gəlincə - ona verilən suala “bəli”ni deyə bilməyəcək qədər halsız, gücdən düşmüş... İnsan hansı hündürlükdən, neçə pilləkəndən, necə bir şəraitdə yıxılmalıdır ki, Ayaz Səfərovun halına düşsün?
Müttəhimin qardaşı oğlu, əvvəlcə saxlanılıb, sonra sərbəst buraxılan Vüqar Səfərovun mediaya açıqlamasında soydaşlarımızın “bölmə”də nələr yaşadığı ilə bağlı az-çox təəssüratımız yaranmışdı. Vüqar Səfərov məcburi etirafa gətirilmək üçün başlarına gətirilənləri danışarkən əmisinin də adını çəkir: Əmilərim Ayaz Səfərovu, Akif Səfərovu döyüb, toka verdilər – Hər şey aydındır...
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Görəsən, elektrik cərəyanı belə verilən Ayaz Səfərov nə ilə təhdid olunub, nə ilə qorxudulub ki, Rusiyanın OMON dəstəsi tərəfindən döyüldüyünü açıq-aşkar deməyə, başına gətirilənləri hayqırmağa ehtiyat edir, taleyinə boyun əyir? Ayaz Səfərovun timsalında saxlanılan soydaşlarımızın kimdəndir qorxusu - ali qüvvə “sayılan” məhkəmədən, ona qorxunc bir sübh yaşadan OMON-çulardan, ya Rusiya dövlətinin təhlükəsizlik qüvvələrinin əli ilə başına min oyun gətiriləcək, Ukrayna müharibəsinə göndərilməməsi, sağ qalması üçün çalışdığı doğmasının həyatından?..
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi