Azərbaycan – yeganə ölkədir ki, eyni anda həm Rusiya, həm də İranla quru sərhədinə sahibdir. Hər iki dövlət Azərbaycanın müstəqil mövcudluğunu öz geosiyasi planlarına təhdid kimi görür və ölkəmizə qarşı yeni işğal planlarını "tarixi hüquq" kimi əsaslandırmağa çalışır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Eldar Namazov qeyd edib.
"Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərində yaşanan hadisələr, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı saxta iddialar və saytlarda yayılan, guya Azərbaycan ərazisindən İsrail PUA-larının İranda hərbi obyektləri vurması kimi xəbərlər heç kimi təəccübləndirməməlidir.
Onların qarşısını alan yeganə səbəb – Azərbaycanın əleyhinə yönələcək təcavüzün hərbi-siyasi nəticələrinin onlar üçün tam hesablanmamasıdır. Onları bu niyyətdən birdəfəlik çəkindirə biləcək yeganə amil isə – belə bir təcavüzün mümkünsüzlüyünü və ya bunun çox baha başa gələcəyini dəqiq nümayiş etdirməkdir.
Buna görə də Rusiya və İranı qıcıqlandırmaq, təhrik etmək lazım deyil. Əksinə, onların hesablamalarını yekunlaşdırmağa və doğru nəticəyə gəlmələrinə kömək etmək lazımdır. Bu məqsədlə Şuşa Bəyannaməsi əsasında, onun məntiqi davamı kimi, qısa müddətdə Azərbaycanda regionun ən böyük Türkiyə hərbi bazasının yerləşdirilməsi qərarı verilməlidir.
Ən anlamayan qonşular üçün isə bu bazanın bir hissəsini 250 milyonluq əhaliyə və nüvə silahına malik digər müttəfiqimiz – Pakistan Hərbi Hava Qüvvələrinə icarəyə vermək kifayət edər.
Bu, politologiyada “güc yolu ilə sülh” adlanır. Sadə dildə desək – Moskva və Tehranın Azərbaycanla bağlı planlarına “unut!” deməyin vaxtıdır", - Namazov əlavə edib.
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
- Əliyevlə Bediməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto
- Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama
- Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto
- Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto
- Azərbaycan XİN İraqa başsağlığı verdi