Rusiya ilə geri dönüşü çətin təsəvvür edilən münasibətlər sisteminə daxil olmuşuq. Onlara vassal lazımdır, biz isə müstəqil siyasətimizi davam etdiririk. İkisi bir arada mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Ermənistanın vəziyyəti daha ağırdır:
"Ermənistanın Baş naziri Nikol Paşinyan və onun hökuməti Rusiyanın ağır zəncirlərindən qopmaq istəyir, ona görə də kilsə və Moskvaya bağlı biznes sahibləri ilə mübarizə gərgin mərhələyə qədəm qoyub. Kreml Paşinyanın kilsə ilə mübarizəsindən narahatdır və bu narahatlığını açıq dilə gətirməklə Ermənistanın daxili işlərinə qarışır.
Azərbaycan da qərarını verib, Bakıda “Rus evi” bağlanıb, “Sputnik” agentliyinin fəaliyyəti məhdudlaşdırılıb, hətta polisin agentlikdə keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. Halbuki, 6-7 ay əvvəl vəziyyət fərqli idi. Birinci “addımı” Rusiya atdı, mülki təyyarəmizi raketlə vurdu, insanlarımızı öldürdü, üzrxahlıq, kompensasiya olmadığına və cinayətkarlar cəzalandırılmadığına görə növbəti addımlar Bakıdan gəldi.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Kreml Azərbaycanla münasibətləri korlamaq üçün əlindən gələni etdi. Yekaterinburqda baş verənlər qırmızı xətlərin aşıldığını göstərdi. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda ən sərt tənqid olunan şəxslərdən birinə çevrilib. Bu təbiidir, çünki Kreml sahibi təyyarə olayında gərəkli addımlar atsaydı, vəziyyət bu həddə çatmazdı. İstəmədi və münasibətlər enməkdə davam edir. Bu hadisələrin fonunda Azərbaycan cəmiyyətində rusdilli məktəblərin bağlanması daha gur səslənməyə başlayıb. Bu da təbiidir. Bizə qarşı çirkin planlar həyata keçirən dövlətin dili niyə məmləkətimizdə təbliğ olunmalıdır?"
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu
- Bakının köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı
- Sabiq hərbi komissar məhkəmə zalında həbs edildi